Ötən il işğaldan azad edilmiş rayonlarda quş əti də daxil olmaqla diri çəkidə 21270 ton ət, 127786 ton süd istehsal olunub.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, 2021-ci illə müqayisədə ət istehsalı 4.2%, süd istehsalı isə 7.4% artıb.
Qeyd edək ki, ən çox ət istehsalı Kəlbəcər rayonunda (6243 ton), ən çox süd istehsalı isə Ağdam rayonunda (41823 ton) olub. (Apa)