Son illər azad edilmiş ərazilərdə sahibkarlar tərəfindən 200 hektardan artıq fındıq bağları salınıb və bu bağlara görə əkin subsidiyası ödənilib.
Sentyabrda meşə fındığının ixracı - 10 MİLYON MANAT GƏLİR GƏTİRİB
FED.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin aparatının rəhbəri Azad Cəfərli “Fındıq potensialının artırılması: Məhsuldarlıq, keyfiyyət və ixrac həcminin artırılmasına innovativ yanaşmalar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. O bildirib ki, Sudsidiya Şurasının qərarına əsasən müəyyən şərtlər daxilində 2023-cü ilin sentyabrın 1-dən 2024-cü ilin mayın 31-dək yeni ərazilərdə salınan fındıq bağlarının hər hektarına görə 5 min manat əkin subsidiyasının ödənilməsi nəzərdə tutulur.
"Salınan intensiv bağlara görə 730 manat, ənənəvi bağlara görə isə 250 manat əkin subsidiyasının verilməsi nəzərdə tutulur. 2023-cü ilin yanvar-sentyabr aylarında fındıqçılıq təsərrüfatına ümumilikdə 13 milyon manatdan artıq əkin subsidiyası ödənilib" - deyə, A. Cəfərli əlavə edib. (Apa)