Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Azad Cəfərliyə Kənd Təsərrüfatı Nazirliyinə yüksək vəzifə verilib.
Prezident Dövlət Xidmətinin rəisini işdən çıxardı - SƏRƏNCAM
FED.az biznes və maliyyə xəbərləri portalə “Qafqazinfo”ya istinadən xəbər verir ki, A.Cəfərli nazirliyin aparat rəhbəri təyin edilib.
Qeyd edək ki, Azad Cəfərli 3 il Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi işləyib.
Xidmətin ondan əvvəlki rəisi hazırda həbsdə olan Zakir Sultanov olub.
A.Cəfərli bu ilin mart ayında Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.