Avropa Yenidənqurma və İnkişaf Bankı Ukraynanın aparıcı kənd təsərrüfatı istehsalçısı olan MXP şirkətinə 100 milyon dollar kredit ayırdığını elan edib.
FED.az xəbər verir ki, Bank özü bu vəsaitin 80 milyon dollarını təqdim edəcək, qalan 20 milyon dollar isə Britaniyanın inkişafın maliyyələşdirilməsi institutu – və investor kimi çıxış edən «British International Investment» ayıracaq.
Avropa Bankı elan edib ki, bu kredit Ukraynada günəbaxan yağı istehsalının fasiləsiz davam etməsinə və onun 20 ölkəyə ixracına dəstək verəcək. Bu Ukraynanın və dünyanın ərzaq təhlükəsizliyi üçün mühüm addımdır. Xatırladaq ki, Ukrayna dünyada günəbaxan yağının əsas istehsalçısıdır. MXP şirkətinin isə ölkədəki günəbaxan istehsalında payı 6-8% təşkil edir.
Kredit layihəsi çərçivəsində Ukrayna tərəfi - MXP şirkəti yeni «Avtodrom» adlanan təlim mərkəzi də yaradacaq. Burada ildə Avropa İttifaqı standartlarına uyğun olaraq 1800 sürücü hazırlanacaq, onların arasında qadınların və müharibə veteranlarının olması da nəzərdə tutulur.