Bu il Azərbaycandakı bəzi nar bağlarında məhsul xarab olub.
Ötən ay nar satışı 10 milyon dollar gəlir gətirib
FED.az xəbər verir ki, bunu "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov bildirib.
"İl ərzində ölkədə qeydə alınmış güclü yağışlar, eləcə də kəskin istilər hesabına günvurma nəticəsində bir sıra nar bağlanda məhsul yığılmamış xarab olub. Bu da əsasən iqlim dəyişikliyi ilə bağlıdır. Amma narın geniş əkildiyi bölgələrdən hər hansı şikayət gəlməyib”, - deyə o qeyd edib.
Bundan başqa, Assosiasiya sədri deyib ki, hazırda həm ölkədə, həm də xaricdə narın qiyməti sabitdır: "Bahalaşma yəgin ki, yanvardan sonra qeydə alınacaq. Bu da “salafan narı”nda baş verəcək. Bu nar adətən anbarda saxlanılır, mövsümdən sonra satılır. Bakıdakı bazarlarda onun kiloqramı 15 manata qədər ola bilər. Hazırda həm ölkə daxilində, həm də xaricində satış davam edir. İxracla bağlı ciddi problem yoxdur. Həmişəki kimi əsas ixrac bazarımız Rusiyadlır. Bu ölkədə Azərbaycan narı tanınır və ona yüksək tələb var.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 20,3 milyon ABŞ dolları dəyərində 17 min 578 ton nar ixrac edib. Bunlar, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 75,9 % və 2 dəfə çoxdur. (Report)