Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 2020-ci il üzrə ölkədə 22 670 arıçı qeydiyyatdan keçib.
Eləcə də bax: Azərbaycanda fermerlərə 200 milyon manatdan çox - SUBSİDİYA ÖDƏNİLİB
Bu barədə FED.az Nazirliyə istinadən xəbər verir.
Məlumata görə, bu arıçılar 22 781 arı təsərrüfatına sahib olmaqla 23 052 arı ailəsinə qulluq göstərirlər. Ümumilikdə, 506 944 arı pətəyi qeydiyyata alınıb. Ən çox arıçı, arı təsərrüfatı və pətək sayı Balakən rayonunda qeydə alınıb. Bu rayonda 1 104 arı təsərrüfatında 32 273 arı pətəyi saxlanılır. Arıçıların sayına görə isə Zaqatala rayonu 1 349 arıçı ilə ölkədə bu təsərrüfat fəaliyyətinə ən çox marağı olan rayon kimi qeyd olunub. Ağsu, Tovuz, Lerik, Qax rayonları da təsərrüfatların sayı ilə öndədir.
Arıçıların saxlamağa üstünlük verdiyi əsas arı cinsi Bozdağ Qafqaz cinsidir. Ölkə üzrə 395 090 ədəd bu cinsdən olan arı ailəsi qeydə alınıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli Fərmanı ilə təsdiqlənmiş Subsidiya Qaydalarına görə, 1 arı ailəsinə görə 10 manat subsidiya ödənilir.