Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Qəbələ rayonunda fəaliyyət göstərən arıçılıq təsərrüfatında sahibkarlarla görüş keçirilib.
Arıçılar dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsini istəyirlər
FED.az xəbər verir ki, arıçılıq və bal məhsullarının satışı sahəsində mövcud imkanların və çətinliklərin müzakirəsinə həsr olunmuş görüşdə Qəbələdə fəaliyyət göstərən arıçı fermerlər və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Tədbirdə sahibkarlara göstərilən dövlət dəstəyi tədbirləri, o cümlədən müvafiq qurumların xidmətləri barədə ətraflı məlumat verilib, arı ailələrində yaranan xəstəliklərlə mübarizə, məhsulun satışı üçün tələb olunan sənədlərin hazırlanması, güzəştli kredit dəstəyi, arıçıların sərgilərdə iştirakına dair müzakirələr aparılıb. Görüşdə arıçı fermerlərin çətinlikləri və təşəbbüsləri dinlənilib, sualları cavablandırılıb, görüşdə iştirak edən qurumların nümayəndələri tərəfindən praktik tövsiyələr verilib.
Həmçinin, fermerlər arıçılıq təsərrüfatının fəaliyyəti ilə tanış olub, təcrübə mübadiləsi aparıblar.