“Aqrolizinq” ASC-nin balansında olan texnikalar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qeydiyyata alınacaq.
FED.az xəbər verir ki, bunu “Aqrolizinq” ASC-nin sədri Seymur Mövlayev mətbuat konfransında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, texnikalar invesitisya vasitəsilə özəlləşmə şəklində sahibkarlara təklif olunacaq.
Nazir müavini İlhamə Qədimova isə öz növbəsində bildirib ki, “Aqrolizinq” ASC-nin balansında olan aqroservis xidmətləri texnikalara sahibdirlər və aqroservis xidmətləri özəlləşdirilməyə çıxarılacaq.
Eləcə də bax: “Aqrolizinq”in fəaliyyəti ilə bağlı - NAZİRLİKDƏN AÇIQLAMA
“Özəlləşdirilmə mərhələli şəkildə təşkil ediləcək və investisiya yolu ilə aparılacaq. Həmçinin servis xidmətlərini texnikaları da özəlləşməyə çıxarılacaq və beləliklə, texniki sahədə xidmət göstərməyə davam edəcəklər”, - deyə nazir müavini əlavə edib.