Kənd Təsərrüfatı Nazirliyiyanında “Aqrolizinq” ASC-nin rəhbər şəxsləri “Regionlarda maarifləndirmə və sorğu” layihəsi çərçivəsində sentyabrın 8-də, saat 11:00-da Salyan rayon Heydər Əliyev Mərkəzində Salyan, Neftçala, Hacıqabul, Şirvan, Sabirabad, Saatlı və İmişli rayonlarının sakinləri ilə görüş keçirəcək.
“Aqrolizinq”dən FED.az-a verilən məlumata görə, görüşün əsas məqsədi qurumun göstəridiyi xidmətlər və lizinq qaydalarına dair vətəndaşların maarifləndirilməsi, həmçinin mövcud problemlərin dinlənilməsi və onların həll edilməsidir.
Görüşdə iştirak etmək istəyənlər Salyan rayon Kənd Təsərrüfatı İdarəsinə (+944 50 317 58 00) müraciət edə bilərlər.