Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) beynəlxalq İSO 9001:2015 (Keyfiyyətin İdarə Olunması) standartının tələblərinə uyğunluq auditindən keçib. “KİWA Niderland” şirkəti tərəfindən uyğunluq auditindən keçən Aqrar Xidmətlər Agentliyi beynəlxalq İSO 9001:2015 uyğunluqsertifikatına layiq görülüb.
Eləcə də bax: Aqrar sığorta məhsullarının satışı üçün - AYRICA ŞİRKƏT YARADILACAQ
FED.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
“KİWA Niderland” şirkəti beynəlxalq sertifikatlaşdırma, test və inspeksiya xidmətləri üzrə qlobal liderdir. Avropa, Asiya və Latın Amerikasında 150-dən çox ofisi olan şirkət dünyanın 30-dan çox ölkəsində fəaliyyət göstərir. Şirkət kənd təsərrüfatı, yem, qida, istehsal, emal sənayesi sektoru, biznesin inkişafı sahəsi, ictimai və özəl sektorda, dövlət və beynəlxalq qurumlara xidmət göstərir və öz geniş təcrübəsi ilə müştərilərə dəstək olur.