Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat”ın (ATT) İdarə Həyətinin sədri Aqil Quliyev vəzifəsindən azad edilib.
“Azqranata”dan çıxıb Təhsil Nazirliyində vəzifəyə gəldi - TƏYİNAT
FED.az xəbər verir ki, səhmdar cəmiyyətinə rəhbərlik Samir Murquzova həvalə edilib.
“Aqrar Tədarük və Təchizat” 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 6 milyon manatdır. Şirkətin missiyası aqrar məhsulların istehsal potensialının dəyər zənciri üzrə artırılmasına nail olaraq kənd təsərrüfatı sektorunun təşviqi və dəstəklənməsi yolu ilə ölkənin qeyri-neft sektorunun inkişafında rol oynamaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin edərək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etməkdir. (Report)