Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük Təchizat” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri dəyişib
FED.az xəbər verir ki, bu, Elgün Məhəmmədəlizadədir.
O, Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində "İqtisadi kibernetika" ixtisası üzrə bakalavr və magistr təhsilini alıb, Almaniyanın Hamburg şəhərində Menecerlərin təkmilləşdirilməsi proqramını bitirib, Böyük Britaniyanın Satınalma və Təchizat Zənciri sahəsində CIPS beynəlxalq sertifikatına sahibdir.
E.Məhəmmədəlizadə "PMD Group" MMC-də təchizat üzrə qrup rəhbəri, "Agro Food İnvestments" MMC-də Qrup Satınalma Meneceri, "Agrotrade Supply" MMC -də Qrup Satinalma rəhbəri vəzifələrində çalışıb, "ATS Food" MMC-də Satınalma və Logistika üzrə Direktor müavini vəzifəsini icra etməklə təchizat zənciri və tədarük sahəsində 15 ildən yuxarı iş təcrübəsinə malikdir.
O, bu təyinatdan əvvəl "Aqrar Tədarük və Təchizat"da sədr müavini vəzifəsində çalışıb.
İngilis dilini bilir. Ailəlidir, 2 övladı var.