Aqrar Sığorta Müştərək Sığorta Şirkətinin Şəkidə filialı fəaliyyətə başlayıb.
Eləcə də bax: Aqrar Sığorta Fondunun bölgələrdə filialları fəaliyyətə - BAŞLAYIR
FED.az xəbər verir ki, yeni filial Şəki-Zaqatala iqtisadi rayonunu - Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonlarını əhatə edəcək.
Bu bölgədə tütünçülük, baramaçılıq, çayçılıq, gülçülük, çəltikçilik, meyvəçilik, taxılçılıq, üzümçülük, qoyunçuluq inkişaf edib. Azərbaycanda istehsal olunan tütünün 75 faizdən çoxu, taxılın 17 faizi, baramanın 35 faizi, yaşıl çay yarpağının 2 faizi bu iqtisadi rayonun payına düşür. Şəki-Zaqatala iqtisadi rayonu heyvandarlıq məhsullarının tədarükü üzrə ölkə üzrə 10 faizdən çoxunu təşkil edir.
Aqrar Sığorta Fondu fəaliyyətə başlayandan Şəki-Zaqatala iqtisadi rayonunda təkcə bitkiçilik üzrə 2021-2022-ci ilin əkin mövsümlərində 11038 aqrar sığorta müqaviləsi üzrə 43480 hektar əkin sahəsi sığortalanıb. Bura buğda, arpa, fındıq, qarğıdalı sahələri və alma bağları daxildir. Yeni filial Şəki şəhərinin mərkəzində fəaliyyət göstərəcək.
Açılışda iştirak edən Şəki Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala bölgəsi DAİM-lərinin nümayəndələri, Fondla əməkdaşlıq edən sığorta şirkətlərinin təmsilçiləri, yerli fermerlər filialın açılışı ilə təsərrüfatlarını sığortalayanların sayının daha da artacağını bildiriblər. İlin sonuna qədər daha bir neçə filialın açılışı nəzərdə tutulur.