“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin Daxili audit xidmətinə yeni rəhbər təyin edilib.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə direktor təyin edilib
FED.az xəbər verir ki, Cəfərov Xıdır Şiraslan oğlu sığorta şirkətinin Daxili audit xidmətinin rəhbəri təyin edilib.
Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ötən ilin avqust ayında yaradılıb. Onun nizamnamə kapitalı 2 187 500 manatdır. Şirkətin səhmdarları hər biri 14.3% payla 7 yerli sığorta şirkəti – “PAŞA Sığorta”, “Qala Sığorta”, “Meqa Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Xalq Sığorta”, “Azsığorta” və “Bakı Sığorta” ASC-lərdir.
“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır. Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyata keçirir. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərir. (Banker)