Aqrar Sığorta Fondu ilə Türkiyənin Kənd Təsərrüfatı Sığortaları Sistemi – TARSİM arasında əlaqələr daha da genişlənəcək.
Aqrar sığorta sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı genişlənir – TARSİM nümaynədə heyəti Azərbaycana səfərə gəlib
FED.az xəbər verir ki, iki qardaş ölkənin aqrar sığorta təşkilatları arasında əlaqələrin daha da genişlənməsi Aqrar Sığorta Fondunun idarə heyətinin sədr müavini Firdovsi Ağaşirinovun Türkiyəyə səfəri zamanı müzakirə edilib.
Türkiyədə TARSİM Müşahidə Şurasının üzvü və təşkilatın baş direktoru Bekir Engürülü ilə görüşdə, TARSİM rəhbərliyinin oktyabrın əvvəlində Bakıya səfərinin nəticələri, eləcə də TARSİM-lə ASF arasında əlaqələrin genişlənməsi müzakirə edilib.
Bundan başqa, görüşdə aqrar sığorta və son illər aktuallaşan fəlakət risklərinin idarə edilməsi üzrə Türkiyə və Azərbaycan təcrübəsinin digər ölkələrdə tətbiqi imkanları barədə də fikir mübadiləsi aparılıb.