Bu günə qədər Aqrar Sığorta Fondu həm bitkiçilik, həm də heyvandarlıq sığortası üzrə 10 milyon manatdan çox sığorta ödənişi verib.
Əkin sahələrinin sığortası zamanı sığorta haqqı necə hesablanır? – HESABLAMA, VİDEO
FED.a xəbər verir ki, bunu Fondun İdarə Heyəti sədrinin müavini Ləman Alıyeva-Məmişova bildirib.
"Fermerlərə 10,8 milyon manat sığorta ödənişi edilib. Bunun 2,4 milyon manatı 2022-ci ildə, 4,4 milyon manatı 2023-cü ildə, 4 milyon manatı isə 2024-cü ilin ötən dövründə həyata keçirilib", - deyə o qeyd edib. (Report)