Azərbaycanda kənd təsərrüfatı risklərinin sığortası üzrə fəaliyyət göstərən dövlət qurumu - Aqrar Sığorta Fondu tələbə və məzunlar üçün yeni yüksək təqaüdlü təcrübə proqramına başlayır.
Azərbaycanda 18 il ərzində qurula bilməyən sistem necə işə düşdü? - Aqrar sığorta sisteminin uğur tarixçəsi jurnalistlərə açıqlandı
Fonddan FED.az-a bildirilib ki, proqrama əsasən təcrübəçilər proqramın davam etdiyi 3-6 ay ərzində Aqrar Sığorta Fondunun baş ofisində çalışacaq, maliyyə, risk menecmenti, biznes analitika, riyazi biliklərin maliyyə sektoruna tətbiqi kimi müasir və olduqca perspektivli sahələrdə fəaliyyətlə məşğul olacaqlar.
Təcrübə proqramında yaşı 18-dən 30-dək olan, maliyyə, iqtisadiyyat, mühasibatlıq, riyaziyyat və hüquqşünaslıq ixtisasları üzrə bakalavr təhsili almış və ya magistratura pilləsi üzrə təhsil alan tələbələr iştirak edə bilər.
Proqrama müraciət edən namizədlər Microsoft Excell, Word, PowerPoint, Prezi proqramlarında işləmək bacarığına, eləcə də analitik düşüncəyə malik olmalıdırlar. Namizədlərin ingilis və türk dili yüksək səviyyədə olmalı, rus dili üzrə bilikləri isə arzuolunandır.
Eyni zamanda, iştirakçılar komandada işləmək, ünsiyyət qurmaq bacarığına malik və stressə davamlı olmalıdırlar.
Proqram müddətində təcrübəçilər ölkəmizdə tətbiq edilən aqrar sığorta mexanizmini, bu sahədəki qabaqcıl dünya təcrübəsini dərindən öyrənmək, malik olduqları ixtisasların bu prosesdə tətbiqi ilə tanış olmaq və biliklərini müasir tələblərə uyğun şəkildə inkişaf etdirmək imkanı qazanacaqlar.
3 və 6 ay müddətində təşkil olunacaq proqram dövründə iştirakçılara müvafiq ödənişlər ediləcək, proqramda iştirakı ilə bağlı sertifikat təqdim olunacaq.
Təcrübə proqramını uğurla keçən namizədlərin Aqrar Sığorta Fondunda işə qəbul olunması məsələsinə baxılacaq.
Proqrama qatılmaq istəyən və yuxarıda göstərilən keyfiyyətlərə malik olan enerjili və sığorta sahəsinə maraqlı namizədlərdən öz CV-lərini “Təcrübə proqramı” mövzusu ilə “[email protected]” elektron poçt ünvanına göndərmələri xahiş olunur.