Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizmini tətbiq edən Aqrar Sığorta Fondu və Türkiyənin kənd təsərrüfatı sığortaları sistemi - TARSİM təşkilatı arasında noyabrın 3-də onlayn görüş keçirilib.
Eləcə də bax: Aqrar Sığorta Fondu güclü külək və hava şəraiti ilə bağlı - FERMERLƏRƏ MÜRACİƏT EDİB
Görüşdə Aqrar Sığorta Fondunun 2021-2022-ci əkin ili üçün bitki sığortası üzrə təkrar sığorta siyasəti, təkrar sığorta sahəsində əməkdaşlıq, təkrar sığorta şərtləri və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
Danışıqlarda Aqrar Sığort Fondunun və TARSİM-in rəhbər şəxsləri, hər iki qurumun əməliyyat və təkrar sığorta mütəxəssisləri iştirak edib.