Aqrar Sığorta Fondu Azərbaycanda pambıq istehsalı ilə məşğul olan fermerlərə müraciət edib.
FED.az xəbər verir ki, müraciəti Fondun İdarə Heyətinin sədri Fuad Sadıqov keçirdiyi mətbuat konfrasında səsləndirib.
"Artıq ölkədə pambıq əkininə başlanılıb. Fermerlərin imkanı var ki, may ayının ortalarına qədər əkinlərini sığortalasınlar", - deyə o qeyd edib.
Sədr əlavə edib ki, hazırda Azərbaycanda təxminən 110 min hektar ərazidə pambıq əkilir: "Bunun isə 30 min hektarı sığortalanır. Bu il artıq 15 min hektar pambıq əkilmiş ərazi sığortalanıb. Fermerlərimizə tövsiyyə edirik ki, dövlətin dəstək verdiyi bu mexanizmdən istifadə etsinlər".