Azərbaycanda 2024-2025-ci il əkin mövsümünün başlanması ilə əlaqədar əkin sahələrinin sığortalanmasına start verilib.
Əkin sahələrinin sığortası zamanı sığorta haqqı necə hesablanır? – HESABLAMA, VİDEO
Aqrar Sığorta Fondundan FED.az-a verilən məlumata görə, sentyabr ayından etibarən Azərbaycanda payızlıq əkinlərin bəyanına başlanılıb. Əkin sahələrinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyanı ilin sonunadək davam edəcək.
Əkinlərin bəyan edilməsi ilə eyni vaxtda payızlıq əkin sahələrinin sığortalanmasına da start verilib. Fermerlər əkinlərini EKTİS-də bəyan etdikdən sonra sahələrini aqrar sığorta vasitəsilə çoxsaylı risklərdən sığorta edə bilərlər.
Aqrar Sığorta Fondu fermerləri əkin sahələrini vaxtında sığortalamağa və sığorta müqaviləsi əldə etməyə çağırır.