Aqrar Sığorta Fondu bu il ölkədə havaların qeyri-sabit keçməsi, iqlim dəyişikliyi ilə bağlı zərər çəkmiş fermerlərə 4 milyon manatdan çox sığorta ödənişi ediləcək.
Aqrar Sığorta Fondu zərər ödənişlərinə - BAŞLADI
FED.az xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədr müavini Firdovsi Ağaşirinov bildirib.
O, xatırladıb ki, 2020-ci ildə qurumun ödənişləri 29 min manat, 2021-ci ildə 1,7 milyon manat, 2022-ci ildə isə 2,4 milyon manat təşkil edib.
"Aqrar sığorta ölkənin kənd təsərrüfatı sahəsinin tarixində bir ilkdir. Dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində ilk dəfə aqrar sığorta sistemi formalaşdırılıb. Həmin sistem özü ilə bərabər bir sıra yeniliklər gətirib. İlk dəfə bu sahədə ixtisaslaşmış ekspertlər formalaşıb. Bu uğurlu təcrübədir", - deyə F.Ağaşirinov qeyd edib. (Report)