Sentyabrın 29-da Dövlət İmtahan Mərkəzi (DİM) aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən Aqrar Sığorta Fondunun keçirdiyi təlimləri müvəffəqiyyətlə başa vurmuş namizədlər üçün test imtahanı keçirəcək.
Aqrar Sığorta Fondu üzüm sahələri üzrə 168 min manat sığorta ödənişi edib
DİM-dən FED.az-a bildirilib ki, imtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.
Qeyd edək ki, sentyabrın 1-dən 24-dək aparılan qeydiyyat müddəti ərzində 29 namizəd müraciət edib. Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in saytında çap edə bilərlər.
İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaq.
İmtahana gələrkən namizədlər buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.