İyunun 23-də aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda test imtahanı keçirilib.
Azərbaycanda sığortalanan nar bağları 2 dəfədən çox artıb - FONDDA GÖRÜŞ
DİM-dən FED.az-a bildiriblər ki, namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr, həmçinin sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək.
İmtahanda 43 nəfər iştirak edib. 19 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb. 13 nəfər kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığortası, 6 nəfər isə kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı əldə edib.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası iyunun 24, 25 və 27-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 108) fəaliyyət göstərəcək.