Ölkəmizdə yem və yem əlavələrinin satışı üzrə dövriyyələr daha 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib.
FED.az xəbər verir ki, bu barədə danışan iqtisadçı -ekspert Elşad Məmmədli deyib ki, bu qərar daha davamlı şəkildə vergi güzəştləri hesabına kənd təsərrüfatına dəstəyin təzahürüdür.
Satış zamanı həm ticarət əlavəsi, həmçinin əlavə dəyər vergisi malın üzərinə əlavə edilərək təqdim edilir.
Ekspert hesab edir ki, mal əti və digər heydandarlıq və quşçuluq məhsullarının dövriyyəsinin ƏDV-dən azad olması son istehlakçının həmin məhsulu aşağı dəyərlə əldə etməsinə səbəb olacaq.
Qərar 2027-ci il yanvarın 1-nə kimi qüvvədə olacaq. (Xezerxeber.az)