Bu ilin yanvar-avqust aylarında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) xətti ilə 500-dən çox fermerə 15 milyon manat kredit verilib.
FED.az xəbər verir ki, bu barədə qurumun sədri Mirzə Əliyev jurnalistlərə açıqlamasında bildirib.
Eləcə də bax: Kənd təsərrüfatına verilən kreditlər - ARTIB
Bundan başqa, onun sözlərinə görə, hesabat dövründə agentlik damazlıq heyvan və kəns təsərrüfatı texnikası üzrə 90 milyon manatlıq maliyyələşdirmə həyata keçirib.
Report.az