Bu ilin yanvar-may aylarında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi 31,7 milyon manat kredit verib.
AKİA iki ayda 485 kənd təsərrüfatı texnikası və avadanlığının satışını maliyyələşdirib
FED.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Məlumata görə, güzəştli kreditlər 2 156 fiziki və hüquqi şəxsə verilib.
Xatırladaq ki, kənd təsərrüfatı sahəsində çalışan fermerlərin təxminən 80 %-i kiçik və orta ailə-kəndli təsərrüfatlarına aid edilən fermerlərdir. Onların istifadəsində ümumilikdə 230 min hektar torpaq sahəsi var. Bu fermerlərin maliyyəyə çıxışı əsasən dövlət tərəfindən onlara ayrılan subdsidiyalar, güzəştli kreditlər və müxtəlif banklar tərəfindən təqdim olunan kommersiya kreditləri formasındadır. (Report)