“Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-yə yeni direktor müavini təyin olunub.
Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu vəzifəyə Faiq Hüseynov təyinat alıb.
O, 2025-ci ilin iyul ayından indiyə kimi Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin üzvü olub.
Faiq Hüseynov 2024-cü ilin oktyabr ayından 2025-ci ilin iyul ayına kimi Aqrar Sığorta Fondunun Daxili audit və nəzarət şöbəsinin rəhbəri vəzifəsində çalışıb.
O, 1993-cü ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Dünya iqtisadiyyatı üzrə bakalavriat, ADA Universitetində Biznesin təşkili və idarə edilməsi üzrə magistratura təhsili alıb. (Banker)













