Azərbaycanda aqrar bitkilərin siğortalanmasında bitkilərin ixracyönümlü olması və ya ərzaq təhlükəsizliyinin təmin edilməsindəki rolu əsas götürüləcək.
Eləcə də bax: Əkin subsidiyası sığorta müqaviləsi bağlandıqdan sonra - Veriləcək - FƏRMAN
FED.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi ilə bağlı fərmanında bildirilib.
“Aqrar Şuranın təsdiq etdiyi siyahıya “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aqrar sığorta predmetinə aid olan bitkilər (bundan sonra – sığortalanmalı olan bitkilər) daxil edildiyi təqdirdə, həmin bitkilərin ixracyönümlü olması və ya ərzaq təhlükəsizliyinin təmin edilməsindəki rolu əsas götürülür”, - deyə fərmanda qeyd edilib. (Report)