Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə güzəştli kreditlərin verilməsi davam edir.
AKİA aqrar sahənin kreditləşməsi ilə bağlı çətinlikləri açıqlayıb
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən FED.az-a bildirilib ki, bu ilin ilk rübündə AKİA-nın xətti ilə aqrar sektorda çalışan şəxslərə 1036 müraciət üzrə 19.6 milyon manat məbləğində güzəştli kredit verilib. Bunun 19.5 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, qalan hissəsi isə güzəştli və mikrokreditlərdir.