Yanvar-iyun aylarında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 3605 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.
AKİA iki ayda 485 kənd təsərrüfatı texnikası və avadanlığının satışını maliyyələşdirib
FED.az xəbər verir ki, ötən altı ayda AKİA tərəfindən aqrar sektorda fəaliyyət göstərən 2006 fiziki və hüquqi şəxsə 41 milyon manat məbləğində güzəştli kredit verilib. Bunun 31,3 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 250 min manatı güzəştli kreditlər, 9,5 milyon manatı isə mikrokreditlərdir.
Həmçinin yanvar-iyun ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 1522 baş damazlıq heyvanın (646 baş iribuynuzlu, 876 baş xırdabuynuzlu) alışına 2,3 milyon manat, habelə kənd təsərrüfatı texnikası və avadanlıqlarının alışı üçün 43,8 milyon manat məbləğində güzəştli vəsait ayrılıb.