Azərbaycanda aqrar sahənin kreditləşməsi ilə bağlı müxtəlif çətinliklər mövcuddur.
AMB aqrar sektorun kreditləşməsini təşviq edəcək
FED.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) nümayəndəsi Emil Xasməmmədov Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.
"Ölkə üzrə kredit qoyuluşunda aqrar sahəyə yönələn kreditlərin ümumi məbləği çox kiçikdir. Əsas çətinliklər bu kreditlərin yüksək riskli olması, onları almaq istəyən fermer və sahibkarların regionlarda likvid girovlara sahib olmamasıdır. Bu istiqamətdə ayrılan kreditlər üzrə zəmanət verilməsini, faizlərin subsidiyalaşdırılmasını təklif etmək olar. Agentlik olaraq bu istiqamətdə mühüm işlər görmüşük", - deyə o qeyd edib. (Report)