2021-ci ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) aqrar texnika alışı üçün 80 milyon manat, damazlıq heyvan alışı üçün isə 17 milyon manat kredit verib.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Agentliyin sədr müavini Leyla Məmmədova bildirib.
Onun sözlərinə görə, ümumilikdə 97 milyon manat vəsait müvafiq olaraq 3 828 müraciət və 200 müraciət üzrə ayrılıb.