Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçən 440 413 fermerin yarıdan çoxu – 291 533 nəfəri payızlıq əkin bəyanını doldurub.
FED.az xəbər verir ki, bunu Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) fəaliyyətinin 2019-cu ilin yekunlarına dair konfransda çıxış edən Agentliyin sədri Mirzə Əliyev deyib.
Eləcə də bax: Fermerlərə əkinlə yanaşı - MƏHSUL SUBSİDİYASI DA VERİLƏCƏK
Onun sözlərinə görə, 2020-ci ildən başlayaraq, fermerlərə subsidiyalar EKTİS üzərindən AKİA vasitəsilə veriləcək.
AKİA-nın sədri həmçinin bildirib ki, kənd təsərrüfatında istehsal vasitələrindən istifadəyə investisiyanın ümumi məbləği 132 258 min manat təşkil edib. O cümlədən, faizsiz kredit və subsidiyanın məbləği 89 909 min manat, dövlət güzəşti ilə AKİA vasitəsilə satılan kənd təsərrüfatı texnikalarının sayı isə 4 068 ədəd təşkil edib.
Bundan başqa, dövlət güzəşti ilə AKİA vasitəsilə satılmış damazlıq heyvanların sayı 4 510 baş, nağd pul vəsaiti ilə kreditləşdirilmiş kənd təsərrüfatı layihələrinin sayı 704 olub.
M. Əliyevin sözlərinə görə, ayrılan pul kreditinin məbləği 20 724 min manat, AKİA tərəfindən icrada olan layihələrin sayı isə 22 təşkil edib.
Apa