"Avropa İttifaqı Azərbaycanda suvarma sistemlərinin və 25 min kiçik və orta fermer təsərrüfatının təkmilləşdirilməsi ilə bağlı dəstək göstərəcək".
Eləcə də bax: Bu gün 44 min fermerə 22 milyon manat - SUBSİDİYA ÖDƏNİLDİ
FED.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbər müavini Zoltan Szalai deyib.
Onun sözlərinə görə, hazırda ərzaq təhlükəsizliyi diqqətdə saxlanılmalıdır. Bu baxımdan Avropa İttifaqı Azərbaycan hökumətinə kənd təsərrüfatında fermerlərin gəlir səviyyəsinin artırılması, gəlirlərin şaxələndirilməsi istiqamətində dəstək göstərir. (Apa)