16-17 fevral tarixlərində Türkiyə Cumhuriyyəti Tarım və Orman Bakanlığının tərəfdaşlığı, AGRO TV Azərbaycanın, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) və AGRO BUSINESS-in təşkilatçılığı ilə “Agro Business Forum Azerbaijan–2023” forum-sərgi keçiriləcək.
FED.az xəbər verir ki, 1300 kvadrat metrlik sahəni əhatə edəcək forum sərginin Davos formatında keçiriləcək forum hissəsində 250 nəfər izləyicinin iştirakı, sərgi hissəsində isə 45 stendin yerləşdirilməsi nəzərdə tutulub.
6 paneldən ibarət “Agro Business Forum Azerbaijan–2023” forum-sərgisində B2B, B2C və B2G görüşlər keçiriləcək.
Sərginin keçirilməsində əsas məqsəd kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin satış imkanlarının artırılmasıdır. Həmçinin Azərbaycan də əsas məqsədlər sırasındadır.
Forum-sərgidə Azərbaycan, İsrail, Rusiya Federasiyası, Almaniya, Fransa, Pakistan, Özbəkistan, Qazaxıstan, Macarıstan ölkələrinin nümayəndələrinin və 10-dan çox tanınmış türk şirkətinin iştirakı gözlənilir.