Aprelin 30-da, saat 10:00-da Zəngilan rayonunun Ağalı kəndində növbəti Aqrar Biznes Festivalı keçiriləcək.
FED.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, tədbir kəndin mərkəzində baş tutacaq.
Festival çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel sessiya təşkil ediləcək.