Prezident İlham Əliyevin regionlara investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun artırılması barədə tapşırığına uyğun olaraq, Goranboyda “Kaskad – Agro” MMC-yə məxsus istixanada tikinti-quraşdırma işləri yekunlaşaraq ilk məhsul istehsalına başlanılıb.
FED.az xəbər verir ki, istixananın ümumi sahəsi 5 hektardır. İstixanaya 8,5 milyon manata yaxın vəsait qoyulub, 70 nəfər işlə təmin edilib. İllik istehsal gücü 1500 ton olan istixana məhsulları əsasən xarici, qismən də daxili bazara çıxarılacaq. Burada yetişdirilən məhsullar ekoloji təmizdir. Müasir intensiv texnologiyalarla təchiz edilmiş 4-cü nəsil istixana hər ay bir neçə yüz ton yüksək keyfiyyətli pomidor və xiyar yetişdirməyə imkan verir.
Müəssisə tam fəaliyyətə düşdükdən sonra burada 120 nəfər daimi işlə təmin olunacaq.
Eləcə də bax: Sabiq nazir yeni şirkətini prezidentə təqdim etdi