Bu ilin yanvar-iyun ayları ərzində Bakıda 264.5 min dekalitr pivə istehsal edilib.
FED.az "İndex"ə istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 2,2 dəfə çoxdur.
Bu ilin altı ayı ərzində paytaxtda araq istehsalı da 3,4 dəfə artıb. Belə ki, yarım il ərzində Bakıda 200 min dekalitr araq istehsal edilib.
Bu müddət ərzində paytaxtda 11 817,5 min dekalitr alkoqolsuz içkilər istehsal edilib ki, bu da 2018-ci ilin yanvar-iyun aylarının göstəriciləri ilə müqayisədə 45,3% çoxdur.