Sabirabad Pilot Aqroparkın ilk rezidentlərindən olan “Fructus Aqropark” MMC tərəfindən cari ildə 539 hektar sahədə ərzaqlıq buğda, 26 hektar sahədə arpa, 80 hektar sahədə isə pambıq əkini aparılıb.
İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) FED.az-a bildirilib ki, arpa sahəsində biçin işləri artıq yekunlaşıb və biçin aparılmış sahənin hər hektarından 4 tondan çox arpa yığılıb.
Hazırda ərazidə buğda biçini aparılır və artıq biçilmiş 150 hektar sahənin hər hektarından 4 tondan çox keyfiyyətli buğda əldə edilib.