Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən keçirilən manitorinqlər nəticəsində Masallı rayonunda Azərbaycan ərazisi üçün karantin sayılan Avstraliya şırımlı yastıcasının (Iceriya purchasi Maskell) yayıldığı müəyyən edilib.
ELƏCƏ DƏ BAX: Rusiya Azərbaycan pomidorlarını ölkəyə buraxmayıb
Agentlikdən FED.az-a verilən məlumata görə, buna qədər zərərli orqanizmin Bakı şəhəri, Abşeron, Lənkəran və Astara rayonlarının ərazisində məhdud dairədə mövcud olduğu məlum idi.
Monitorinqlərin nəticələri göstərir ki, zərərvericinin əhatə dairəsi genişlənib və Avstraliya şırımlı yastıcası Masallı rayonu ərazisində də müəyyən edilib.
Avstraliya şırımlı yastıcası akasiya, əncir, zeytun, ərik və s. meyvə ağaclarını güclü yoluxdurur. Həmçinin şırımlı yastıca meyvə ağacları ilə yanaşı sitrus bitkilərinə də ciddi zərər verir. Şırımlı Avstraliya yastıcası 52 növ bitkidə müşahidə olunub. Zərərverici Azərbaycan ərazisində limon, mandarin, apelsin, tut, zeytun ağaclarını yoluxdurur.
Adıçəkilən zərərverici Rusiyada, Qafqazın bütün Qara dəniz sahillərində, yeni Zelandiyada, Şərqi Asiyada, Amerikada və digər ölkələrdə də geniş yaylılıb. Şırımlı yastıca geniş yayılma potensialına malik olduğu üçün digər ölkələrə asanlıqla keçib. Zərərverici ilə mübarizə zamanı mütəxəssislərin iştirakı ilə kimyəvi üsullardan istifadə olunması tövsiyə edilir.
5 meyvə üçün təhlükəli zərərverici yayılır – XƏBƏRDARLIQ
22:11
11 Dek 2018