Aqrar

3 şirkət Bərdədən pambıq alacaq - MÜQAVİLƏLƏR BAĞLANDI

3 şirkət Bərdədən pambıq alacaq - MÜQAVİLƏLƏR BAĞLANDI | FED.az
11:38 13 Mart 2020

Ötən il məhsul tədarükünə və hər hektarın məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ön sıralarda dayanan Bərdə pambıqçıları cari ilin çiyid səpininə hazırlıq görürlər.

FED.az məlumat verir ki, Bərdə Rayon İcra Hakimiyyətindən  bildiriblər ki, bərdəli fermerlər 2020-ci təsərrüfat ilinə daha inadla başlayıblar. Artıq 1894 istehsalçı ilə 4 min 529 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 3 min 900 hektarı “Azərpambıq” MMC və 1700 hektarı “P-Aqro” MMC ilə olmaqla, 10 min 129 hektarda pambıq əkini üçün müqavilə bağlanıb. Pambıq becəriləcək sahələrin 9 min 914 hektarı qış aylarında şumlanıb, arata qoyulub. Hazırda şumun malalanması işləri həyata keçirilir. Çiyid səpininə aprelin əvvəlində başlanacaq.

Qeyd edək ki, 2019-cu ildə rayonda 10 min 140 hektar sahədə pambıq becərilib, 34 min 190 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 33,7 sentner olub. 2015-ci ilə nisbətən 2019-cu ildə pambıq əkini sahəsi 9 dəfə, pambıq istehsalı 12 dəfə artıb.

Azərtac

Digər xəbərlər