Xam pambığın alış qiymətlərinin hər ton üçün 100-110 manat artırılması pambıqçılıqla məşğul olan fermerləri məhsul istehsalına daha da həvəsləndirib.
Tərtər rayon Azad Qaraqoyunlu kənd sakini Şəmşəddin Alıyev bildirib ki, bu il 3 hektarda pambıq becərib və yüksək məhsuldarlığa nail olub:
“Ölkəmizdə pambıqçılığın dirçəldilməsi biz fermerlərin sevincinə səbəb olub. Pambıqçılığa göstərilən dövlət qayğısından bəhrələnərək, əkin sahələrində aqrotexniki tədbirləri ardıcıl həyata keçirdik və gözlədiyimiz məhsulu yetişdirdik. Artıq pambıq yığımını başa çatdırmışıq. On dörd ton pambıq tədarük etmişik ki, bu da hər hektardan 46,6 sentner məhsuldarlıq deməkdir. Təhvil verdiyim pambıqdan 3800 manat gəlir əldə etmişəm. Veriləcək subsidiyanı da nəzərə alsaq, builki qazancımız 5 min manatdan çox olacaq”.
Fermer bildirib ki, xam pambığın alış qiymətlərinin qaldırılması pambıqçılığa marağı daha da artıracaq. “Əldə etdiyimiz nəticədən və dövlət tərəfindən göstərilən qayğıdan ruhlanaraq, gələn il pambıq sahələrini daha da genişləndirəcəm”, – deyə Şəmşəddin Alıyev qeyd edib.
Xəbər verdiymiz kimi, Pambıq əkən fermerlərin məhsul istehsalına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətlərinin hər ton üçün 100-110 manat artırılaraq 2018-ci ildə aşağıdakı kimi müəyyənləşdirilməsi barədə razılıq əldə edilib:
Pambığın bir tonunun alış qiyməti, manatla
|
2017-ci il (faktiki) |
2018-ci il (təklif olunan) |
1-ci növ |
500 |
600 |
2-ci növ |
470 |
580 |
3-cü növ |
440 |
540 |
4-cü növ |
400 |
500 |