2021-ci ilin sonunadək 200-ə yaxın azərbaycanlı xanım kənd təsərrüfatı sektorunda aqrar sahibkar kimi fəaliyyətlərini davam etdirmələri üçün müəyyən texniki avadanlıq və təlimlərlə təmin ediləcək.
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib.
Eləcə də bax: Qadınlar üçün - BİZNES SAHƏLƏRİ YARADILIB
Onun sözlərinə görə, bununla bağlı ötən ildən etibarən ASC-nin əməkdaşları BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə rayonlarda səfərlərdə olublar.
"Bu səfərlər zamanı 500-dən artıq xanımla görüşlər keçirilib. Görüşlərdə toplanan müraciətlərə əsasən müəyyən qrup xanımların sahələri dəyərləndirilib. Bunun nəticəsində, xanımların ən çox hansı sahədə məhsul istehsalına ehtiyac olduqları və bunun üçün hansı vəsaitlərin lazım olduqları araşdırılıb. Bu il sözügedən işlər davam etdiriləcək", - deyə L. Məmmədova qeyd edib.
Apa