“2 il əvvəl dövlət başçısının sərəncamı ilə Beyləqan rayonunda, kəndimizin ətrafında 3 artezian quyusu vurulub. Deyilənə görə, həmin layihələrin icrasına 200 min manata yaxın büdcə pulu xərclənib. Sakinlər quyunu görsə də, suyunu görən olmayıb”.
Eləcə də bax: 7 rayonda subartezian quyusu qazılacaq - SƏRƏNCAM
FED.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev feysbuk hesabında yazıb.
O qeyd edib ki, quyunun vurulmasından 2 il keçsə də, əhaliyə su verilməyib: “Təsəvvür edin ki, məktəb tikirsən, içərisində oxuyan yoxdur. Yol çəkirsən, kimsə oradan faydalana bilmir. Çox keçməz, bu cür "smart idarəetmə"nin nəticələri "smart kəndlər"imizdə də görünər”. (Qafqazinfo)