Zərdab rayonunda emal müəssisələri ilə 407 istehsalçı arasında 2298,2 hektarda pambıq əkini üçün müqavilə bağlanıb.
Eləcə də bax: “Aqrar sahənin bütün iştirakçıları bir platformaya toplanıb” - FERMER KARTI
FED.az xəbər verir ki, rayon icra hakimiyyətindən Azərtac-ın bölgə müxbirinə bildirilib ki, müqavilələr “MKT-İK” MMC-nin Zərdab filialı ilə 308 nəfər istehsalçı arasında 1048,2 hektar, “P-Agro” MMC-nin Zərdab filialı ilə 99 nəfər arasında 1250 hektar üçün bağlanılıb.
Sahələrdə cari ilin əkini, gələcək yüksək məhsuldarlıq üçün hazırlıq işləri aparılır. Artıq rayon üzrə çiyid səpiləcək 2190 hektar sahədə dondurma şumu çıxarılıb. Şum işlərinin 1005 hektarı “MKT-İK” MMC-nin, 1185 hektarı isə “P-Agro” MMC-nin Zərdab filialları tərəfindən həyata keçirilib.