Fevralın 6-da Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) və Aqrar Xidmətlər Agentliyi (AXA gübrə, pestisid, toxum, ting təchizatçıları ilə görüş keçirəcək.
Eləcə də bax: Azərbaycan-Türkiyə gübrə zavodu - İŞƏ DÜŞÜR
FED.az xəbər verir ki, görüşdə 200-dək təchizatçı iştirak edəcək. Görüşdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində təchizatçılar üçün yaradılmış modul təqdim ediləcək.
“Məqsədimiz təchizatçıların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatını sürətləndirməkdir. Fermerlər subsidiyalarını aldığı müddətdə bütün təchizatçılar Subsidiya İnformasiya Sistemində qeydiyyatdan keçmiş və alışları kartla qəbul etməyə hazır olmalıdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına geniş və liberallaşmış təchizatçı bazarından seçim vermək, subsidiyalarından tamamilə rahat istifadə etməyə şərait yaratmaq bu gün qarşımızda duran əsas vəzifədir” – deyə AKİA sədri Mirzə Əliyev bildirib.
Təchizatçılarla görüş 6 fevral, 2020-ci il tarixdə, saat 11:00-də “Pullman otel”də keçiriləcək.
Əlaqələndirici şəxs: Afət Yaqubova +994 252 02 47