Aqrar

2 min baş inək, yem zavodu və toxum fabriki - YENİ AQROPARK TİKİLİR

2 min baş inək, yem zavodu və toxum fabriki - YENİ AQROPARK TİKİLİR | FED.az
08:19 9 Yan 2019

Ağsu rayonun Ərəbsarvan kəndi ərazisində "Ağsu Aqropark” ASC tərəfindən aqropark yaradılır.

FED.az xəbər verir ki, aqroparkın ərazisində 480-i sağmal olmaqla 2 min baş inək üçün nəzərdə tutulan ətlik və südlük fermanın tikintisi başa çatır. Ümumi sahəsi 500 hektar olan ərazidə pivot suvarma sisteminin quraşdırılması isə yekunlaşıb.

Eləcə də bax: Azərbaycanda bu meyvənin 70 sortu bərpa ediləcək 

Aqroparkda 10 min tonluq beton silos quyuları da tikilib. Bundan başqa, istehsal gücü saatda 10 ton olan yem zavodu qurulur. Zavodun xammal təminatı hər biri 1500 tonluq 6 silos anbarlarından təmin ediləcək.

Parkda istehsal gücü saatda 5 ton olan toxum fabriki də qurulur. Hər biri 150 tonluq 10 anbardan xammalla təmin ediləcək fabrikdə toxumlar təmizlənməklə dərmanlanacaq və müxtəlif ölçülərdə qablaşdırılaraq həm müəssisənin daxili tələbatı üçün istifadə olunacaq, həm də əhalinin toxum təlabatının qarşılanması məqsədilə satışa çıxarılacaq.

Hazırda "Ağsu Aqropark” QSC-də 40-a yaxın müasir maşın, traktor, kombayn və avadanlıqdan ibarət nəqliyyat-texnika parkı var. Maşınların hər biri güclərinə müvafiq qoşğu və aqreqatlarla təmin edilib.

Qeyd edək ki, aqropark tam gücü ilə işə düşdükdən sonra burada 200 nəfərin işləməsi mümkün olacaq.



 

© "Azərbaycan”

Digər xəbərlər