Cari ilin yanvar-mart ayları ərzində aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 178,9 milyon ABŞ dolları olub.
Xaricə ən çox məbləğdə mallar satan Azərbaycan şirkətləri - SİYAHI
FED.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın aprel sayına istinadla bildirir ki, ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,4 faizini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 56,3 faiz artıb.