İndiyə qədər Azərbaycanda 150-dən çox toxumçuluq təsərrüfatı Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçib.
FED.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, həmin təsərrüfatlar 52 000 hektar sahə üzrə payızlıq əkinlər (toxumluq arpa və buğda) barədə məlumatlar EKTİS-ə daxil edib.
EKTİS-də “Toxum” modulu bu ildən fəaliyyətə başlayıb. Modulda toxumluq əkin bəyanlarının qəbulu, aprobasiyası, o cümlədən, istehsal olunmuş toxumların sertifikatlaşması kimi proseslərinin ayrı-ayrı mərhələləri elektronlaşdırılıb. (Report)