Şəki rayonunun meyvə bağlarında məhsul yığımı davam edir. İndiyədək bağlardan 5 min 885,9 ton məhsul tədarük olunub. Yığılan meyvələr arasında ərik, albalı, şaftalı, alça, gilas, gavalı və giləmeyvələr üstünlük təşkil edir. Yaxın günlərdə fındıq yığımına da başlanılacaq.
Eləcə də bax: Azərbaycan Avropaya çiyələk ixracını - PLANLAŞDIRIR
FED.az xəbər verir ki, bu barədə Şəki Şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, hazırda Şəki rayonunda meyvə bağları və giləmeyvəliklərin ümumi sahəsi 7 min 383 hektardır. Bağların 4 min hektara yaxını barverən yaşdadır. Ötən ilin payız aylarında və bu ilin yaz mövsümündə rayon ərazisində 125 hektar sahədə yeni meyvə bağları salınıb. Yeni bağlara fındıq, xurma və gilas ağacları əkilib.
İdarədən verilən məlumata görə, hazırda rayonda 307 hektar üzüm bağı var. İndiyədək bağlardan 238 tonadək məhsul yığılıb. (Azərtac)